Qurbanlıq heyvanlar bahalaşıb - VİDEO

4 İyul 2022 18:15

Bərdənin heyvan bazarında qurbanlıq heyvanların qiyməti bahalaşıb.

Milli.Az Xəzər xəbər-ə istinadən xəbər verir ki, builki Qurban bayramında satışa çıxarılacaq heyvanların qiyməti ötən illə müqayisədə bir qədər baha olacaq. 

Satıcıların sözlərinə görə, əgər ötən il diri çəkidə qoyunun bir  kiloqramı 11-12 manat idisə, bu il 13 manatdan hesablanacaq. Beləliklə, ötən il 200-250 manata olan qoyunlar bu il 250-300 manata təklif  ediləcək. Bahalaşmaya səbəb heyvan yeminin və dərmanının qiymətlərindəki artım göstərilir.

Ekspertlər  hesab edirlər ki, ucuzlaşma bayramdan sonra müşahidə ediləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az