Özbəkistanda iğtişaşlar nəticəsində ölənlərin sayı açıqlandı

4 İyul 2022 13:22

Özbəkistanın Qaraqalpaqıstan muxtar respublikasında baş vermiş iğtişaşlar nəticəsində 18 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bu barədə Özbəkistan Baş Prokurorluğunun nümayəndəsi brifinq zamanı bildirib.

Qeyd olunub ki, iyulun 1-2-də muxtar respublikanın mərkəzi Nukus şəhərində baş vermiş hadisələrdə 243 nəfər, o cümlədən 38 hüquq-mühafizə orqanlaı əməkdaşı yaralanıb.

Hazırda xəstəxanalarda 94 nəfər müalicə olunur.

Xatırladaq ki, Qaraqalpaqıstanın bir neçə şəhərində Özbəkistanda təklif olunan konstitusiya dəyişikliklərinə etiraz olaraq aksiyalar keçirilib. Aksiya daha sonra iğtişaşlara çevrilib.

Ötən gün Özbəkistan rəhbərliri vəziyyətin nəzarət altında olduğunu bəyan etmişdi.

Milli.Az