Zidan tük əkdirmək üçün Türkiyəyə gəldi

4 İyul 2022 15:37

"Yuventus", "Bordo", "Real Madrid" kimi komandalarda oynayan və aktiv futbol karyerasını bitirdikdən sonra "Real Madrid"də baş məşqçi kimi çalışan Zinəddin Zidan keçəlliyinə son qoymaq qərarına gəlib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, o bunun üçün Türkiyəni seçib. 50 yaşlı məşhur keçən ay gizli şəkildə İstanbulda əməliyyat olunub. 

O, bunun gizli qalmasımı istədiyi üçün xəstəxanada bütün qeydiyyatları meneceri adına edib. İstanbulda iki həftə oteldə qalan ulduz saç transplantasiyası əməliyyatından sonra gizli şəkildə Fransaya qayıdıb.

Milli.Az