Türkiyədə illik inflyasiya 78 faizi ötüb

4 İyul 2022 17:45

2022-ci ilin iyun ayında Türkiyədə illik inflyasiya 78,62 faiz təşkil edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Statistika Komitəsinin hesabatında deyilir.

Qeyd olunur ki, inflyasiya may ayı ilə müqayisədə 4,98 faiz, ötən ilin dekabrından bəri isə 42,35 faiz artıb.

İl ərzində ən çox nəqliyyat xidmətləri (123,37 faiz), ərzaq (93,93 faiz) və mebel (81,14 faiz) bahalaşıb.

May ayında illik inflyasiya 73,5 faiz təşkil etmişdi.

Milli.Az