Nazarbayev ad günündə Bodrumda

4 İyul 2022 11:00

Qazaxstanın eks-prezidenti Nursultan Nazarbayevə həvalə edilmiş təyyarə Türkiyəyə uçub.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu barədə informasiyanı KazTAG nəşri yayıb.

Mənbə yazır ki, "Berkut" dövlət aviaşirkətinin Nazarbayevə həvalə edilmiş "Airbus A320 Neo" təyyarəsi Türkiyənin Bodrum şəhərinə uçub. Jurnalistlər Elbasının doğum gününü vətənindən kənarda qeyd edəcəyini istisna etmirlər.

Bu, Nazarbayevin Türkiyəyə ilk səfəri deyil. Martın 9-da Ərdoğanın dəvəti ilə Nazarbayev Antalyaya gəlib.

Bu, Nazarbayevin yanvar hadisələrindən sonra dünya siyasi səhnəsinə ilk çıxışı idi.

Xatırladaq ki, Nursultan Əbiş oğlu Nazarbayev 6 iyul 1940-cı ildə Almatı vilayətinin Çemolqan şəhərində dünyaya gəlib. O, 1990-2019-cu illərdə Qazaxıstanın prezidenti vəzifəsini daşıyıb.

Milli.Az