Özbəkistan parlamenti Qaraqalpaqıstanın statusunun saxlanmasını dəstəklədi

4 İyul 2022 10:03

Özbəkistan parlamenti Qaraqalpaqıstanın suveren statusunun saxlanmasını dəstəkləyib.

Milli.Az APA-ya istinadən bildirir ki, bununla bağlı müddəa konstitusiya dəyişikliyi layihəsində yer alıb.

Bundan başqa, konstitusiyaya dəyişikliklə bağlı ictimai müzakirələrin daha 10 gün uzadılaraq iyulun 15-nə qədər aparılmasına qərar verilib.

Milli.Az