Yardımlı rayonunda dəhşətli qətl
10 May 2010 12:36
Yardımlı rayonunda qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə Avud kənd sakini 20 yaşlı İlkin Məmmədov münaqişə zəminində həmyerlisi 57 yaşlı Hüseynağa Əzimovu bıçaqla qətlə yetirib.
İ.Məmmədov mərhuma çoxsaylı bıçaq zərbələri vurub və könüllü olaraq polisə təslim olub.
Hadisənin motivi barədə açıqlama verilmir.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Anar Məmmədov
Milli.Az