Füzulidə avtomobil aşıb, ölən var

4 İyul 2022 09:52

Füzulidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb.

Beyləqan rayon sakini, 1989-cu il təvəllüdlü Ruslan Bədirxanov idarəetdiyi avtomobili aşırıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerində ölüb.

Milli.Az