Misirin məşhur Hurqada kurort şəhərinin çimərlikləri köpək balıqlarının insanlara hücumlarından sonra bağlanır.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, çimərliklər xüsusi lentlərlə hasarlanıb.
Turistlərə xəbərdarlıq edilir ki, köpək balıqlarının hücumu təkcə dərinlikdə deyil, həm də sahilə yaxın ərazidə baş verə bilər.
Qeyd edək ki, son 2 gündə Hurqada kurort şəhərində 3 əcnəbi turist köpək balığının hücumu nəticəsində həyatını itirib.
Milli.Az