Eyni gündə bir qızı məzun oldu, digəri evləndi

4 İyul 2022 16:07

Türkiyənin mərhum müğənnisi Kayahanın ailəsində ard-arda xoş hadisə olub.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçinin böyük qızı Beste Açar 3 aylıq sevgilisi ilə ailə qurub.

Musiqiçi İpek Açarla evliliyindən olan övladı Aslı Gönül isə İngiltərədə təhsil aldığı universiteti bitirib.

Lakin Beste İpeklə küsülü olduğu üçün bacısının məzuniyyəti ilə bağlı paylaşım etməyib.

Milli.Az