Məşhur filmlərin bəstəkarı vəfat etdi

4 İyul 2022 10:37

500-dən çox filmə musiqi yazan bəstəkar Tommi Morqan 89 yaşında vəfat edib.

Onun ölümünün səbəbi dəqiqləşdirilməyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Morqanın yaratdığı musiqi parçalarını "Qurdlarla rəqs edən", "Gələcəyə qayıdış 3", "Şouşenkdən qaçış", "Benjamin Battonun sirli əhvalatı", "Gözəlçə" və bir çox başqa filmlərdə eşitmək olar.

Həmçinin, onun musiqisi "Bədheybətlər korporasiyası", "Maşınlar", "Ratatuy", "Qriffinlər" kimi filmlərin saundtrekləri arasına daxil edilib.

Milli.Az