Ukrayna Rusiya ordusunun itkilərini açıqlayıb

4 İyul 2022 08:09

İyulun 3-də Ukraynanın cənubunda Rusiya ordusunun 47 nəfər şəxsi heyəti məhv edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin "Pivden" operativ komandanlığı məlumat verib.

Məlumatda deyilir ki, ötən sutka 47 nəfər canlı qüvvə, özüyeriyən artilleriya qurğusu, haubitsa, radar və radioeklektron kəşfiyyat stansiyası məhv edilib.

Milli.Az