Şüvəlanda batan xilas edildi

3 İyul 2022 23:59

Dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bu gün Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Şüvəlan" sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.

Milli.Az