Azərbaycan və İsveçrə arasında iqtisadi əməkdaşlıq müzakirə edilib

3 İyul 2022 23:49

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov İsveçrə Konfederasiyasının Federal müşaviri Guy Parmelin ilə görüşüb.

Bu barədə Taleh Kazımov özünün tvitter səhifəsində yazıb.

"Görüşdə Azərbaycan və İsveçrə arasında iqtisadi əməkdaşlıq əlaqələri, SECO-nun Azərbaycandakı fəaliyyəti, Mərkəzi Bank və SECO arasında əməkdaşlığın inkişafı barədə faydalı müzakirələr apardıq", - AMB sədri qeyd edib

Milli.Az