Avstraliya Rusiyadan qızıl idxalını qadağan edib

3 İyul 2022 23:47

Avstraliyanın Baş naziri Entoni Albaneze bildirib ki, ölkəsi daha 16 Rusiya vətəndaşına sanksiya tətbiq edəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Avstraliya paralel olaraq Rusiya qızılının ölkəyə gətirilməsini də qadağan edib.

Albaneze qeyd edib ki, sanksiya siyahısına iş adamları və nazirlər salınacaq. Bununla da Avstraliyanın sanksiya tətbiq etdiyi Rusiya vətəndaşlarının sayı 843-ə çatacaq.

Milli.Az