“Formula-1” yarışında qəza baş verib

3 İyul 2022 23:44

Böyük Britaniyada keçirilən "Formula-1" yarışında qəza baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ikinci döngədə Corc Russel, Pyer Qasli və Qanyu Çjounun avtomobilləri toqquşub.

Zərbənin təsirindən çinli pilotun idarrə etdiyi bolid çevrilib və qoruyucu səddə dəyərək dayana bilib. "Alfa Romeo" komandası bildirib ki, xəstəxanaya yerləşdirilən pilotun ciddi zədəsi yoxdur.

Milli.Az