Sayns ilk dəfə “Formula 1”də qalib gəldi

3 İyul 2022 23:43

"Ferrari" komandasının ispaniyalı pilotu Karlos Sayns "Formula-1" üzrə Böyük Britaniya Qran-Prisinin qalibi olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Qran Prini ikinci yerdə "Red Bull" komandasının meksikalı pilotu Serxio Peres, üçüncü yerdə isə "Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton başa vurub.

Xatırladaq ki, Böyük Britaniyada keçirilən Formula 1 üzrə dünya çempionatının 10-cu mərhələsinin yarışı 1-ci döngədə beş pilotun iştirakı ilə baş verən qəzaya görə dayandırılmışdı.

Yarış qəzadan təxminən 1 saat sonra bərpa edilmişdi.

Milli.Az