Danimarkada ticarət mərkəzində atışma olub

3 İyul 2022 23:39

Kopenhagen ticarət mərkəzində atışma nəticəsində bir neçə nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Associate Press" agentliyi Danimarka polisinə istinadən bildirib.

Qeyd olunub ki, hadisədə şübhəli bilinən bir nəfər saxlanılıb.

Digər təfərrüatlar hələki verilməyib.

Milli.Az