Marneulidə silahlı insident olub, ölən var

3 İyul 2022 22:07

Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda silahlı insident baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, şadlıq evlərinin birinin həyətində orta yaşlı kişi güllələnib.

"Mtavari" telekanalının yaydığı məlumata əsasən, yaralanan şəxs xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən şəxs silahı ataraq ərazidən qaçıb.

Milli.Az