Rusiya XİN: “Kiyevin ikinci şansı olmayacaq”

3 İyul 2022 22:06

"Minsk razılaşmaları Kiyevə Ukrayna dövlətini saxlamağa imkan verirdi".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova teleqram kanalında bildirib.

Böyük Britaniyanın xarici işlər naziri Liz Trassın "Yeni Minsk razılaşmalarının bağlanmasına yol vermək olmaz" fikrinə cavabında Rusiya XİN rəsmisi deyib:

"Minsk razılaşmaları dövləti qorumaq üçün bir şans idi, lakin Ukrayna Prezidenti Volodimir Zelenski bunu açıq şəkildə rədd etdi və Ukrayna üçün ikinci belə şans olmayacaq".

Milli.Az