Beyləqanda minik avtomobili yanıb

3 İyul 2022 20:48

Beyləqan şəhərində "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az