Azərbaycan millisindən möhtəşəm uğur

3 İyul 2022 20:33

Çimərlik futbolu üzrə Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində (EBSL-2022) çıxışını başa vurub.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, seçmə mərhələnin son oyununda İspaniya millisi ilə qarşılaşan seçməmiz 4:6 hesabı ilə məğlub olsa da, Superfinala vəsiqə qazanıb.

Qeyd edək ki, Superfinal 6-11 sentyabr tarixlərində İtaliyanın Algero şəhərində keçiriləcək.

Milli.Az