Bayramqabağı mal bazarında vəziyyət NECƏDİR?

3 İyul 2022 19:31

Gələn ay Azərbaycanda qeyd olunacaq Qurban bayramı ilə əlaqədar satışa çıxarılan heyvanların qiymətləri ötən illə müqayisədə bir qədər çox olacaq.

Milli.Az Baku.TV-yə istinadən bildirir ki, bu barədə qurbanlıq heyvanların satışı və kəsimi ilə məşğul olan qəssablar məlumat verib.

Onların sözlərinə görə, əgər ötən il diri çəkildə heyvanın kiloqramı 12-13 manata satılırsa, bu il qiymət azı 14 manatdan başlayacaq. Bahalaşmaya səbəb heyvan yeminin və dərmanının qiymətlərindəki artımdır. Beləliklə, qurbanlıq qoyunların qiymətləri ötənilki 200-250 manatdan 250-300 manata yüksələcək.

Bahalaşma təkcə Bakıda deyil, həm də regionlarda müşahidə olunacaq.

Milli.Az