Türkiyədə Ukrayna taxılı daşıyan Rusiya gəmisi saxlanıldı

3 İyul 2022 18:52

Türkiyənin gömrük əməkdaşları Kiyevin müraciəti əsasında Ukrayna taxılı daşıyan Rusiya gəmisini saxlayıblar.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasiliy Bodnar deyib.

"Biz Türkiyə ilə əməkdaşlıq edirik. Hazırda gəmi portun girəcəyində, Türkiyənin gömrük əməkdaşları tərəfindən saxlanılıb" - deyə, diplomat bildirib.

Milli.Az