İzmirdə meşə yanğını başlayıb

3 İyul 2022 18:45

Türkiyənin İzmir şəhərində iki meşə ərazisində yanğın başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yanğınların səbəbi hələki məlum deyil.

Bildirilri ki, Birgi məntəqəsində başlayan yanğınn söndürülməsinə İzmir Meşə Regional Müdirliyinə məxsus aid 4 helikopter və 4 təyyarə cəlb edilib. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Seferihisar məntəqəsində qeydə alınan yanğın isə havadan və qurudan müdaxilə nəticəsində nəzarət altına alınıb.

Milli.Az