Türkiyənin üç kəndində küçəyə çıxmaq qadağan edildi

3 İyul 2022 18:22

Bitlis vilayətinin Tatvan mahalındakı üç kənd və ətraf məhəllələrdə növbəti xəbərdarlığa qədər küçəyə çıxmaq qadağan olunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "5442 saylı Bölgə İdarəetmə Qanununun 11/C maddəsinə uyğun olaraq 3 iyul 2022-ci il bazar günü saat 12:00-dan (Bakı vaxtilə saat 13.00-dan - red.) növbəti xəbərdarlığadək komendant saatı elan edilib. Tədbirdə məqsəd sözügedən bölgələrdə xalqımızın can və mal təhlükəsizliyini təmin etməkdir", - deyə yerli hakimiyyət qurumlarından yayılan bildirişdə qeyd olunub.

Məlumata görə, Sallıca, Özekli və Təknəcik kəndləri ərazisində separatçı terror təşkilatı üzvləri sığınacaqlar qurub. Hazırda ərazidə xüsusi antiterror əməmliyyatları keçirilir.

Milli.Az