NASA Aya uçuşa hazırlaşır

3 İyul 2022 18:15

NASA  "Artemis 1" Ay missiyası çərçivəsində yeni raketin mümkün buraxılışının tarixini açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, uğurlu məşqdən sonra NASA raketi uçuş avadanlıqlarının  yığıldığı yerə qaytarıb.

Artemis 1 indi son hazırlıq yoxlamasından keçir və bu ilin sonuna planlaşdırılan debüt uçuşundan əvvəl buraxılışa hazırlaşır.

Bu gün kosmos administrasiyası diqqəti avqustun 23-dən sentyabrın 6-dək olan vaxt aralığına yönəldir.

Bununla belə, hazırda gələcək qrafikə təsir edə biləcək işlər planlaşdırılır. Onların arasında son sınaqlar zamanı aşkar edilmiş texniki çatışmazlıqların həlli də var.

Milli.Az