Cüdoçumuz Rumıniyada qızıl medal qazandı

3 İyul 2022 16:52

Azərbaycan cüdoçusu Murad Fətiyev Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən Açıq Avropa turnirində qızıl medal qazanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 90 kq-da çıxış edən idmançı finalda kanadalı Aleksandr Arensibiaya qalib gəlib.

Qadınların mübarizəsində isə 70 kq-da yarışan Südabə Ağayeva bürünc medal görüşündə yerli idmançı Serafima Moskaluya uduzaraq, 5-ci yerlə kifayətlənib.

Milli.Az