Özbəkistan Azərbaycanla sənaye sahəsində əməkdaşlığı gücləndirməyi hədəfləyir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Özbəkistan Prezidenti yanında Strateji və Regional Araşdırmalar İnstitutunun direktorunun birinci müavini Akramjon Nematov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəsmi beyin mərkəzlərinin Şuşa şəhərində keçirilən konfransında deyib.
"Biz indi sənaye əməkdaşlığını dərinləşdiririk. Hazırda həm minik, həm də yük avtomobillərinin yığılması üzrə birgə layihələrin həyata keçirilməsi planlaşdırılır", - deyə A.Nematov bildirib.
Milli.Az