"Daha sərfəli tariflər müəyyən etməliyik"

3 İyul 2022 16:15

Türk dünyası ölkələri sərnişin aviadaşımalarının istiqamətlərini qarşılıqlı şəkildə genişləndirməlidirlər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutunun direktoru Talqat Kaliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəsmi beyin mərkəzlərinin Şuşa şəhərində keçirilən konfransında deyib.

"Türk dünyasında turizmin inkişafı üçün hava əlaqəsini genişləndirməli, daha sərfəli tariflər müəyyən etməliyik", - deyə T.Kaliyev bildirib.

O, həmçinin türk dövlətlərinin inteqrasiyası üçün, xüsusən də media sahəsində kadr mübadiləsi proqramlarının formalaşdırılmasını təklif edib.

Milli.Az