Şəmkirdə mədəniyyət evinin işçisi arvadını bıçaqladı - YENİLƏNİB

3 İyul 2022 16:58

16:58

Milli.Az bildirir ki, oxu.az-ın məlumatına görə, 1985-ci il təvəllüdlü Talihə Əliyeva dörd bıçaq zərbəsi vurulub.

Qadın bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, qadın həyat yoldaşı Elçin Əliyev tərəfindən bıçaqlanıb. O, Gəncə Mədəniyyət evində çalışır. 

--------

15:15

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Məmmədəli Əhmədov küçəsində qeydə alınıb.

Gənc qadın bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadın əməliyyata götürülüb, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az