Şoyqu elan etdi - Rusiya bu əraziyə tam nəzarət edir

3 İyul 2022 14:37

Rusiya ordusu Ukraynanın Luqansk vilayətinə tam nəzarəti ələ keçirib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Bu gün, 2022-ci il iyulun 3-də Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Silahlı Qüvvələrin Ali Baş Komandanı Vladimir Putinə Luqansk vilayəti üzərində tam nəzarətin əldə olunması barədə məruzə edib", - nazirlikdən bildirilib.

Milli.Az