Lindsi Lohan ərə getdi - FOTO

3 İyul 2022 15:00

Amerikalı aktrisa Lindsi Lohanın evləndiyi məlum olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, ərəb maliyyəçisi Bader Şammas ilə ailə qurub.

Aktrisa bu barədə "Instagram" səhifəsində məlumat verib.

Cütlük iki ilə yaxındır ki, birlikdədir və bu müddət ərzində aktrisa anlayıb ki, özünü yalnız onunla xoşbəxt hiss edir.

"Mən dünyanın ən xoşbəxt qadınıyam!", - 36 yaşlı ulduz yazıb.

Qeyd edək ki, aktrisa nişanlandığını ötən ilin noyabrında açıqlamışdı.

Milli.Az