"Füzulidə müasir məktəb tikən ilk dövlətlərdən biri olmağı planlaşdırırıq"

3 İyul 2022 13:37

Özbəkistan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına yardım etmək niyyətindədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Özbəkistan Prezidenti yanında Strateji və Regional Araşdırmalar İnstitutunun direktorunun birinci müavini Akramjon Nematov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəsmi beyin mərkəzlərinin Şuşa şəhərində keçirilən konfransı çərçivəsində deyib.

"Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir. Biz türk dünyasında Füzulidə müasir məktəb tikən ilk dövlətlərdən biri olmağı planlaşdırırıq", - deyə A.Nematov bildirib.

Milli.Az