Bu tarixlərdə 40 dərəcə isti olacaq

3 İyul 2022 11:47

İyulun birinci ongünlüyünün son günlərində temperatur rejiminin tədricən yüksələrək Bakıda və Abşeron yarımadasında 35-37° dərəcəyə çatacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, iyulun birinci ongünlüyünün son günlərində temperatur Mərkəzi Aran və Naxçıvan MR-da 35-38°, bəzi yerlərdə 40°, dağlarda 22-27 ° isti olacaq.

Milli.Az