Tramp yenə prezident olmaq istəyir

3 İyul 2022 10:15

Respublikaçılar Partiyasından olan Ağ Evin keçmiş rəhbəri Donald Tramp 2024-cü ildə prezident seçkiləri üçün kampaniyasının tezliklə başlayacağını elan etməyi düşünür.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "New York Post" qəzeti xəbər verib.

Məlumata görə, elan noyabrda keçiriləcək aralıq Konqres seçkilərindən əvvəl verilə bilər:

"Erkən elanla bağlı müzakirələr gedir, insanlar planlaşdırır. Hələ konkret bir şey olmasa da, insanlar hazırlaşır".

Milli.Az