Bu ölkənin iqtisadiyyat naziri istefa verib

3 İyul 2022 10:00

Argentinanın İqtisadiyyat naziri Martin Qusman şənbə günü istefa ərizəsini təqdim edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə M.Qusmanın öz "Twitter" səhifəsində paylaşdığı məktubunda bildirib.

"Hörmətli Prezident Alberto Fernandez, 10 dekabr 2019-cu il tarixindən etibarən mənim üçün şərəf olduğum İqtisadiyyat Naziri vəzifəsindən istefa vermək üçün sizə məktub yazıram", - deyə qeyd olunub.

Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinin üzərinə prezident tərəfindən seçiləcək başqa bir şəxsin əlinə keçməsinin vaxtı çatıb.

Milli.Az