Güləşçimiz Avropa çempionatının finalında

2 İyul 2022 22:34

İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə U-20 Avropa çempionatı davam edir.

Bu gün sərbəst güləşçilərin mübarizəsi başlayıb.

Azərbaycan iadmançısı Cəbrayıl Qadjiyev 1/16 finalda yunanıstanlı Georgios Terzidisə (10:0), 1/8 finalda italiyalı Luka Finizioya (11:0), 1/4 finalda rumıniyalı Kristian Biroya (6:2), yarımfinalda isə türkiyəli Muhammed Özmuşa (7:0) qalib gələrək Avropa çempionatının finalına yüksəlib.

Milli.Az