Bu gün həlak olan əsgərin FOTOSU

2 İyul 2022 19:19

Azərbaycan Ordusunun əsgəri texniki qəza nəticəsində ölüb.

Müdafiə Nazirliyindən bildirilib ki, Bakı qarnizonunda xidmət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Ağamalıyev Nurlan Elşən oğlu iyulun 2-si səhər saatlarında baş vermiş texniki qəza nəticəsində həlak olub.

Baş vermiş texniki qəza nəticəsində dünyasını dəyişən Cəlilabad sakini doğulduğu Musalı kəndində dəfn olunacaq.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az