Türkiyə hərbçiləri ilə birgə təlimlər keçirilib - FOTO

2 İyul 2022 17:53

Azərbaycan və türkiyəli hərbçilərin iştirak etdiyi birgə təlimlərdə müxtəlif tapşırıqlar icra edilib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hərbi qulluqçular təlimin ssenarisinə uyğun olaraq axtarış-xilasetmə, yaralıların döyüş meydanından təxliyəsi və digər tapşırıqları yerinə yetiriblər.

Təlimdə qarşıya qoyulan tapşırıqlar hər iki qardaş ölkənin hərbçiləri tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilərək uğurla icra olunub.

Milli.Az