"Bunu etsəydim, indi "Xalq artisti" olmuşdum"

2 İyul 2022 18:37

"Gərək aktrisa olardım. Aktrisa olsaydım indi "Xalq artisti"ydim. Uşaq vaxtı oynayırdım. Çox gözəl olardı".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Abdullayeva "Zaurla Günaydın" proqramında deyib. Müğənni uşaqlıq arzusundan danışıb:

"Dramatik obraz oynamaq yox, xarakterli rol istəyərdim. Gözəl yazılmalıdır, sən yaratmalısan. 67 yaşımın içindəyəm, yazırlar, 75 yaşı var, hələ də buradadır? Məni istəməynlər yazır. Bundan sonra necə aktrisa olum?".

Milli.Az