"Barselona"dan transferlərə 200 milyon avro

2 İyul 2022 19:13

"Barselona" yay transfer pəncərəsi zamanı 200 milyon avro xərcləməyi planlaşdırır.

Bu barədə "Marca" nəşri məlumat yayıb. Bildirilib ki, Kataloniya televiziya hüquqlarının 10 faizinin Amerika investisiya şirkətinə 207,5 milyon avroya satıb. Bu gəliri klub transer üçün xərcləməyi planlaşdırır.

"Barselona" televiziya hüquqlarının daha 15 faizini 400 milyon avroya satmağı düşünür.

Milli.Az