TikTokerin toyunda dava - VİDEO

2 İyul 2022 17:22

TikTok-da paylaşdığı videolarla məşhurlaşan Tərlanın (Terlan071official) toyunda dava düşüb. 

Milli.Az olay-a istinadən xəbər verir ki, bir çox TikTokerin iştirak etdiyi məclisdən Sərraf Kərimov (Ser_kerimoff) qovulub. 

Buna səbəb Sərrafın səsləndirdiyi fikirlər olub. İddiaya görə, o, "Kənddə 3 kişi varsa, onların sırasında Tərlan yoxdur", - deyə, bildirib. 

Bunda sonra toyda iştirak edən bir nəfər mikrofonu götürərək Sərrafın toyu tərk etməsini istəyib. Həmin anlar sosial şəbəkələrdə gündəm olub.

Milli.Az