Məşhur braziliyalı futbolçu bu kluba keçir

2 İyul 2022 14:52

"Barselona" ilə yollarını ayıran Dani Alveş karyerasını ölkəsi Braziliyada davam etdirəcək.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, 39 yaşlı müdafiəçi "Atletiko Paranaense"yə keçəcək. Artıq futbolçu və klub prezindeti arasında bu barədə danışıqlar gedir.

Qeyd edək ki, Alveş bu il Qətərdə keçiriləcək dünya çempiontında iştirak etmək üçün növbəti yaya qədər karyerasını davam etdirmək niyyətindədir.

Milli.Az