Çiyələk iyi verən asfalt peyda oldu

2 İyul 2022 14:22

Rusiyanın bir şəhərində çiyələk iyi verən asfalt-beton örtüyü döşənib.

Milli.Az bildirir ki, "İnterfaks" yol komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Leninqrad vilayətinin Vsevolojsk rayonunda qeyri-adi asfalt örtüyü yaranıb.

"Maqnitnaya" stansiyasından Morozov adına kəndə gedən yolun 19 kilometrlik hissəsinə giləmeyvə ətirli 700 metr asfalt örtüyü salınıb. Yolu iyli etmək təklifini ətirli asfalt hazırlayan podratçı şirkət verib.

"Bir çoxları təmir zamanı yayılan həddindən artıq qızmış bitum qoxusunu bəyənmədiyi üçün onu sınamaq qərarına gəliblər", - komitənin mətbuat xidmətindən bildirilib. Qeyd edilir ki, aromatın olması asfalt qarışığının keyfiyyətinə təsir etmir.

İrfan Vəliyev
Milli.Az