Öpüşməyin faydaları: metabolizmi sürətləndirir, immuniteti yaxşılaşdırır... - Alimlər araşdırdı

2 İyul 2022 16:30

Öpüşmək adətən sevinc gətirir. Amma məlumdur ki, bu proses həm də sağlamlıq və yaşam üçün böyük üstünlüklərə malikdir.

Milli.Az bildirir ki, "Journal of Neural Engineering" jurnalında dərc edilmiş məqalədə Kaliforniya Universitetinin alimləri bu məsələyə aydınlıq gətiriblər.

Öpüşmək metabolizmi sürətləndirir - Düzdür, öpüşmək bu baxımdan 5 kilometrə qaçış qədər effektli deyil, lakin dəqiqəyə 2 kalori yandırır.

İmmuniteti yaxşılaşdırır - Öpüşən zaman insanlar milyonlarla bakteriya mübadiləsi edirlər. Və müxtəlif bakteriyalarla mübadilə edərkən orqanizm onlarla mübarizəyə uyğunlaşır, immunitet güclənir.

Bu, bir elmdir - Filematoloqiya - öpüşməyi elm olaraq belə adlandırırlar. O, öpüşməyin texnikaları və onların psixoloji xüsusiyyətlərini araşdırır.

Xoşbəxtlik istehsalçıları - Tədqiqatlara əsasən, öpüşən zaman dofamin, oksitosin və serotonin daxil olmaqla bir sıra faydalı maddə istehsal edilir. Onların funksiyası beyində həzz mərkəzlərini stimullaşdırmaq və insanın əhval-ruhiyyəsini yaxşılaşdırmaqdır.

Milli.Az