Arıqlamaq və rahat yatmaq üçün bu resepti sınayın

2 İyul 2022 16:15

Arıqlamaq üçün yaşıl çaydan fərqli maye sınamaq istəyirsinizsə, nanə çayı içə bilərsiniz. Nanə çayı iştahanı azaldır, həzm sisteminin fəaliyyətini gücləndirir, stresi aradan qaldırır, şişkinliyi azaldır.

Milli.Az Axşam.az-a istinadən artıq çəkilərdən qurtulmağınıza yardımçı olacaq bu çayın hazırlanma üsulunu təqdim edir.

Tərkibi:

1 çay qaşığı qurudulmuş nanə yarpağı
incə dilimlənmiş zəncəfil
1 stəkan su

Zəncəfili əzin və ya rəndələyin. Bir stəkan su qaynadın və zəncəfili əlavə edin. 1-2 dəqiqə yenidən qaynadın. Bir az soyuduqdan sonra quru nanə yarpaqlarını əlavə edin və 5 dəqiqə gözləyin. Daha sonra çayı süzüb istehlak edə bilərsiniz.

Bu çay həm də rahat yata bilməyinizə yardımçı olacaq.

Milli.Az