Messinin gözlənilməz qonaqları kim idi - FOTO

2 İyul 2022 11:45

Argentinalı ulduz Messi Ronaldunun bir neçə gündür istirahət etdiyi İbitsada dincəlir.

Milli.Az  "Marca"ya istinadən xəbər verir ki, yığncaqların birində Messinin gözlənilməz qonaqları da diqqət mərkəzində olub.

Leonun yaxın dostu Sesk Fabreqas da orada olması elə də təəccüblü deyildi.

Ancaq Seskdən başqa, Messinin tətilindən zövq alanlar arasında "Barselona"nın yarımmüdafiəçisi Ferran Torres və onun sevgilisi eyni zamanda futbol üzrə İspaniya millisinin baş məqşçisi Luis Enrikenin qızı Sayra da iştirak edib.

Məclisdə dünyaca məşhur diceylər - Devid Getta, Martin Qarriks və Kelvin Harris öz hitlərini ifa ediblər.

Milli.Az