Davamlı olaraq burun axıntısından əziyyət çəkənlər oxusun

2 İyul 2022 15:15

Burun axıntılarının davamlı olması heç də hər zaman xəstə olmaqdan irəli gəlmir. Bu, burun toxumalarını qıcıqlandıran və ya orada iltihab prosesini stimullaşdıran hər hansı səbəbdən də qaynaqlana bilər.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, burundakı toxumalar, qan damarları ətraf mühitin təsirinə reaksiya verdikdə və özünü qoruma ehtiyacı hiss etdikdə maye və ya selik yaradır, bununla da axıntı başlayır. Bəzi insanlarda heç bir səbəb olmadan bu proses olur. Semptomlar allergiyaya bənzəsə də, immunitet sisteminin soyuqdəymə zamanı verdiyi reaksiya ilə heç bir əlaqəsi yoxdur. Səbəb isə stres, hamiləlik, təzyiq dərmanları, burun damcılarından uzun müddət istifadə, həddindən artıq fiziki fəaliyyət, cinsi əlaqə, siqaret tüstüsü, hava dəyişikliyi, ətir, ədviyyatlı yemək, hətta parlaq işıqdan qaynaqlana bilər.

Bu problemin qəti müalicəsi olmasa da aşağıdakı vasitələrdən istifadə edərək azalda bilərsiniz.

1. 3 çay qaşığı yodlaşdırılmamış duz və 1 çay qaşığı sodanı qarışdırın. Bu qarışımı 3/4 litr qaynadılmış və ya distillə edilmiş suya əlavə edib, yaxşıca qarışdırın. Məhlulu şprislə burun dəliklərinə asta şəkildə sıxın.

2. Bol maye qəbul etmək vacibdir. Bu, seliyin çıxarılmasını asanlaşdırır. Əks halda, selik qatılaşacaq və yapışqan olacaq, Bu da burnun tıxanmasına gətirib çıxaracaq. Belə hallarda bədəndə mayenin ixrac olmasını sürətləndirən qəhvə, qara çay və limon suyunu içməməyə çalışın.
 
3. Buxar vannası qəbul edin. İsti buxarı burun axıntısını azaltmağa kömək edir. Soyuqdəymə olan insanlarla aparılan araşdırmada buxarla inhalyasiya edənlər və etməyənlər arasında sağalma müddəti müqayisə edilib və buxar vannasının sağalmanı sürətləndirdiyi görülüb. Buxar vannası zamanı qaynar suya 3-4 damcı müxtəlif yağların damcılanması effektivliyi artırır. Evkalipt, nanə, şam, rozmarin, adaçayı və kəklikotu yağları daha çox tövsiyə olunur. Evdə bu bitki yağları yoxdursa, 1-2 çay qaşığı quru nanə, sarıkök, kəklikotu, zəncəfil də istifadə bilərsiniz.

4. Sarımsaq antibakterial və antiseptik xüsusiyyətlərə malikdir. Bir neçə dəqiqə 2 stəkan suda üç və ya dörd diş əzilmiş sarımsağı qaynadın. Üzərinə bir az şəkər əlavə edib, gündə iki dəfə için. Gün ərzində üç-dörd dəfə kiçik bir parça sarımsaq çeynəmək də tövsiyə olunur. Sarımsaq axıntının qarşısını almaq və ya azaltmaq üçün müntəzəm olaraq qəbul edilə bilər.

Milli.Az