“17 milyon alsam, işləmərəm”

2 İyul 2022 11:37

Türkiyəli rok ifaçısı Teoman 17 milyon qazanması xəbərinə münasibət bildirib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi siması olduğu eynək və saat brendindən 17 milyon lirə aldığı iddiasını yalanlayıb.

"17 milyon qazansam, işləməyimə ehtiyac qalmazdı", - deyə, Teoman bildirib.

Milli.Az